Beşqat NBA çempionunun formasını hərracda 7 milyon dollara satmağı planlaşdırırlar

Dünya

Nyu-Yorkdakı “Sotheby’s” hərrac evi 2020-ci ildə faciəvi şəkildə həlak olan beşqat NBA çempionu Kobi Brayantın formasını 5-7 milyon dollara satışa çıxarmağa hazırlaşır.

Belə ki, fevral ayının ilk həftəsində hərracda basketbolçunun 25 oyunda əynində olan forması hərraca çıxarılacaq.

Qeyd olunur ki, bu, Brayantın indiyə qədər hərracda satılan ən bahalı əşyası ola bilər.

2021-ci ilin martında oyunçunun NBA-nın yeni mövsümünün açılış oyununda geyindiyi forma hərracda 3,7 milyon dollara satılıb.

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Onun göyərtəsindəki 9 nəfərin hamısı həlak olub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir