Ekspert: “Türkiyə Ukraynada müharibənin fəsadlarının yumşaldılmasında mühüm rol oynayıb”

Dünya

“Türkiyə Ukraynadakı müharibənin fəsadlarının yumşaldılmasında böyük rol oynayıb: taxıl dəhlizinin açılması ilə dünyada ərzaq qıtlığı azalıb, rəsmi Ankara həmçinin iki tərəf arasında əsirlərin mübadiləsinə də yardım edir”.

Bunu “Report”a Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Ahmet Uysal bildirib.

“Türkiyə hələ də tərəflər arasında humanitar atəşkəsin elan edilməsi üçün səy göstərir. Amma bu, mürəkkəb prosesdir və humanitar dəhliz məsələsi böyük siyasi iradə tələb edir. Türkiyə bu layihənin həyata keçirilməsinə töhfə verməyə hazırdır”, – deyə o bildirib.

Onun fikrincə, həm Rusiya, həm də Ukrayna Türkiyəyə güvənir, çünki bu dövlət sülh tərəfdarı kimi müharibəyə qarşı çıxış edir:

“Bundan başqa, rəsmi Ankara münaqişənin hər iki tərəfinə vicdanla, mehriban qonşu kimi yanaşır və bunu dəfələrlə nümayiş etdirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm rəsmi Moskva, həm də Kiyev ilə açıq və səmimi dialoq qurmağa qadir olduğunu göstərdi”.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç rəsmi Ankaranın Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istədiyini bildirmişdi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir