Türkiyənin İstanbul şəhərində iki polis əməkdaşı naməlum maskalı şəxsin silahlı hücumuna məruz qalıb.
Polislər küçədə xidməti maşınla iş başında olduqları zaman maskalı şəxs tərəfindən atəş açılıb. Nəticədə bir polis əməkdaşı yaralanıb. Yaralı polis xəstəxanaya aparılıb və həyati təhlükəsinin olmadığı bildirilib.
Piyada qaçdığı iddia edilən naməlum şəxsin tutulması üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb.
Polis qrupları məhəlləyə giriş-çıxışlara nəzarət tətbiq edib.
Mənbə: Haber Global
www.102info.az