“Krım yarımadası Ukrayna üçün böyük əhəmiyyət kəsb edir, ona görə də Kiyev onun üzərində nəzarəti həyata keçirməyə cəhd edəcək”.
Bu barədə təqaüddə olan general və ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib.
“Krım həlledici əhəmiyyət kəsb edir… Düşünürəm ki, yaxın aylarda Ukrayna Baş Qərargahı Krımın təcrid olunması üzərində diqqəti cəmləyəcək”, – deyə amerikalı general qeyd edib.
Hodces hesab edir ki, Ukrayna Krım məsələsini təkbaşına həll edə bilməyəcək. Onun fikrincə, bu yalnız Qərbin dəstəyi ilə mümkün ola bilər.
Mənbə: MK.ru
www.102info.az