Gürcüstanda dərman qiymətlərinə yuxarı hədd tətbiq edilir

Dünya

Gürcüstanın Səhiyyə Nazirliyi dərman vasitələri üçün tavan qiymətləri müəyyən edib. Həmin qiymətlərdən yuxarı dərmanların əczaçılıq şirkətlərinə satışı qadağan olunacaq.

Bu barədə bazar günü nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qurumdan verilən məlumata görə, topdan və pərakəndə satış şəbəkələri yanvarın 31-dək dərman vasitələrinin mövcud qiymətlərinə yenidən baxaraq onları yeni qaydalara uyğunlaşdırmalı, fevralın 15-dən isə dərman vasitələrinin müəyyən olunmuş qiymətdən yüksək olmayan satışını həyata keçirməlidirlər.

Dərman vasitələrinin siyahısı və onların qiymətləri Səhiyyə Nazirliyi rəhbərinin ayrıca əmri ilə təsdiq edilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir