Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkələr arasında əməkdaşlıq və iqtisadi əlaqələri gücləndirmək üçün Cənubi Koreyaya 30 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Məlumata görə, BƏƏ şeyxi Məhəmməd bin Zayed Əl Nəhyan cənubi koreyalı həmkarı Yun Sok-Yöl ilə görüşü zamanı müvafiq planları açıqlayıb.
“Biz istənilən şəraitdə vədlərinə əməl edən Koreya Respublikasına inamla sərmayə qoymağa qərar verdik”, – deyə o bəyan edib.
Tərəflər 13 anlaşma memorandumu, o cümlədən strateji enerji tərəfdaşlığının gücləndirilməsi haqqında bəyannamə, hərbi-sənaye sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, eləcə də neft sektorunda birgə layihəyə dair anlaşma memorandumu imzalayıblar.
Qeyd edək ki, Yun Sok-Yöl bir neçə gün davam edəcək rəsmi səfər üçün bazar günü BƏƏ-yə gəlib. Rəsmi qarşılanma mərasimi Əbu-Dabidəki prezident sarayında baş tutub. Bu, BƏƏ və Koreya Respublikası arasında 1980-ci ildə diplomatik əlaqələr qurduqdan sonra ən yüksək səviyyədə ilk səfərdir.
Mənbə: TASS
www.102info.az