Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu öz işinə başlayır.
Forum “Parçalanmış dünyada əməkdaşlıq” devizi altında keçiriləcək.
Təşkilatçıların sözlərinə görə, bu il Davosa rekord sayda iştirakçı – 2,7 mindən çox şəxs gələcək.
Forumun proqramında göstərilir ki, yanvarın 17-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin müavini Lyu Henin çıxışları gözlənilir.
Yanvarın 18-i çərşənbə günü BMT-nin Baş katibi Antoniu Quterreş və Almaniya Kansleri Olaf Şolts çıxış edəcəklər. Ertəsi gün isə Cənubi Koreya Prezidenti Yun Sok Yolun çıxışı baş tutacaq.
Polşa Prezidenti Andjey Duda, NATO Baş katibi Yens Stoltenberq, Serbiya Prezidenti Aleksandar Vuçiç, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva Davosu şəxsən ziyarət edəcəklər.
Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək.
Mənbə: “Sputnik” Qazaxıstan
www.102info.az