Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımına görə ilk yerdədir

Dünya

2022-ci ilin yekununa görə, Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımında dünya lideri olub.

Britaniyanın “Knight Frank” konsaltinq şirkətinin məlumatlarına görə, qiymətlər 2021-ci illə müqayisədə 160,6% artıb.

Yerli ekspertlər qeyd edirlər ki, Türkiyədə kirayə qiymətlərinin 70% artması əsaslıdır və inflyasiya ilə bağlıdır. Yerli Rieltorlar Palatasının rəhbəri Nizamettin Aşa qeyd edib ki, qiymətlər 2018-ci ildə mənzilə tələbatın təxminən 50% azalması nəticəsində daşınmaz əmlak bazarında iki illik durğunluqdan sonra artmağa başlayıb.

Türkiyədə daşınmaz əmlakın kirayə qiymətlərində artım 2022-ci ilin martından, Rusiya və Ukrayna vətəndaşlarının ölkəyə axınından sonra qeydə alınır.

Antalyada 2022-ci ildə orta kirayə qiyməti azı dörd dəfə artaraq ayda 200-600 dollardan 2 000 dollara yüksəlib. İstanbulda müvəqqəti mənzil və ya studiyanın minimum qiyməti ayda 1,5-2 min dollar təşkil edir. Halbuki, bir neçə il əvvəl 1 000 dollara mənzil kirayələmək mümkün idi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir