NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Dünya

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Azərbaycana və Ermənistana səfər edəcək.

Bu barədə Şimali Atlantika Alyansının Brüsseldəki qərargahından məlumat verilib.

“Səfər iki ölkənin rəsmiləri ilə sistematik siyasi məsləhətləşmələrin bir hissəsidir. Səfər zamanı xüsusi nümayəndə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun bu ölkələrlə tərəfdaşlığı barədə yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparacaq”, – deyə məlumatda qeyd edilib.

Səfərin dəqiq tarixi açıqlanmayıb.

Mənbə: Eadaily.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir