Fevralın 17-dən etibarən “Aeroflot” Sankt-Peterburqla Bakı şəhəri arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
Aviadaşıyıcının mətbuat xidmətindən çərşənbə axşamı jurnalistlərə bildiriblər ki, uçuşlara Moskvadan yan keçməklə Sankt-Peterburqdan beynəlxalq uçuşlar proqramının genişləndirilməsi çərçivəsində start veriləcək.
Uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.
Pulkovo hava limanından Azərbaycanın paytaxtına reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlər artıq satışdadır.
Mənbə: TASS
www.102info.az