“Gözəllik adası” Fransa müstəmləkəsindən azad olmaq istəyir – REPORTAJ + VİDEO

Dünya

Korsikalıların Fransa müstəmləkəsindən azad olma uğrunda mübarizəsi davam edir.

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları məhz bu mübarizəni işıqlandırmaq üçün Korsikada çəkilişlər aparırlar.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mövzu Azərbaycan ictimaiyyəti üçün aktual oduğuna görə, “AZTV Xəbər” komandası onu gündəmə gətirib.

Belə ki, Fransanın korsikalı ictimai fəalları, müstəqillik tərəfdarlarını qondarma ittihamlarla həbsə atdığı halda, Qarabağdakı qanunsuz qruplaşmanın lideri Araik Arutunyanı ötən il rəsmi qonaq kimi qəbul etməsi anlaşılan deyil.

Daha doğrusu, demokratiyadan dəm vuran Fransanın siyasətində ikili standart yürütdüyünün sübutudur. Korsika milli qurtuluş cəbhəsinin keçmiş üzvləri 30 ildən cox vaxt kecməsinə baxmayaraq, bu gün də Fransa polisi tərəfindən izlənilir. Emanuel Makronun prezident seçkiləri öncəsi korsikalılara verdiyi vədlərin əksəriyyəti indiyədək yerinə yetirilməyib. Adada işsizlik, xüsusilə, gənclərin sabaha ümidsizliyi, kütləvi şəkildə vətənlərini tərk etməsi müşahidə olunur.

AZTV-nin çəkiliş qrupu hazırladıqları reportajlarda bütün bunları tamaşaçıya çatdırmağa, bununla da Fransanın Korsikanın etnik fərqliliyini məhv etmək, korsikalıları fransızlaşdırmaq siyasətini ifşa etməyə çalışır.

Sözügedən reportajı təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir