İranda şəhər başçısı soyuqdan donan əhaliyə qaz əvəzinə “salavat” verib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Türbət-Cam şəhərinin əhalisi valiliyinin qarşısında toplaşaraq deyib:
“Üç günlük uşaq soyuqdan öləcək, biz nə edək? Sizin öz arvad-uşaqlarınız nə edir?”
Şəhər başçısının kəskin soyuqda qazın olmamasına etiraz edən qəzəbli insanların bir yerə toplaşmasına cavabı isə belə olub: “Salavat verin!”
www.102info.az