Kvinslenddə yeniyetmə transgenderlərlə bağlı qanun birmənalı qarşılanmadı

Dünya

Avstraliyanın Kvinslend ştatı yeniyetmələrə 16 yaşından etibarən cinsiyyətini dəyişməyə icazə verən qanun qəbul etməyə hazırlaşır.

Qanun transseksualların cinsiyyət dəyişdirmə sənədlərini əldə etmələrini asanlaşdırmağı nəzərdə tutur və valideynlərə doğum haqqında şəhadətnamədə uşaqlarının cinsini qeyd etməmək imkanı verir.

Yeni qanunvericilik ştat parlamenti tərəfindən təsdiq edildikdən sonra 16 yaşından yeniyetmələr cinsiyyətinin tanınması haqqında arayış üçün müraciət edə biləcəklər.

12-15 yaş arasında olan şəxslərin doğum haqqında şəhadətnamədəki məlumatları dəyişdirmək üçün valideynlərinin icazəsi lazımdır, lakin valideynləri ərizəni dəstəkləməsələr, onlar məhkəməyə müraciət edə bilərlər.

Tənqidçilər hesab edirlər ki, yeni qanun xəstəxana palatalarında, tualetlərdə, soyunub-geyinmə otaqlarında və duşlarda yalnız öz cinsinin nümayəndələrinin əhatəsində olmaq imkanını itirəcək qadınlar üçün risklər daşıyır. Hüquqşünaslar da yeni qanunun məhkəmələr və dövlət qurumları və idarələri üçün problem yarada biləcəyini qeyd edərək buna qarşı çıxırlar. Lakin gözlənildiyi kimi, layihə regional parlamentin deputatlarının əksəriyyəti – Leyboristlər Partiyası və Yaşıllar Partiyasının fraksiyaları tərəfindən geniş şəkildə dəstəklənəcək.

Mənbə: The Australian

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir