Tehranda qadın fəala ağır cəza verildi: Həbs və 74 şallaq zərbəsi – FOTO

Dünya

İranın Tehran şəhərində yaşayan qadın fəal Fərnaz Hüseynzadə dörd il səkkiz ay həbs cəzası və 74 şallaq zərbəsinə məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Yanvarın 17-də Tehran İnqilab Məhkəməsi geyim dizayneri olan 30 yaşlı xanımı etiraz aksiyasına qoşulduğu üçün cəzalandırıb.

Fərnaz Hüseynzadə ötən il oktyabrın 26-da Tehranın Səttarxan meydanında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin zindanına köçürülüb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir