İranın şimal-qərbində Xoy yaxınlığında baş verən zəlzələ nəticəsində azı 120 nəfər xəsarət alıb.
Bu barədə vilayətin qubernatoru Zabiulla Kazemi bildirib.
Onun sözlərinə görə, 200-ə yaxın binaya da ziyan dəyib.
Ölənlər barədə məlumat verilməyib.
Xatırladaq ki, bu gün Türkiyə-İran sərhədində güclü zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların maqnitudası 5,9 bal, episentri 2 km dərinlikdə olub. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-5 bal gücündə hiss olunub.
Mənbə: Fars
www.102info.az