Yeni Zelandiyanın Baş naziri Casinda Ardern istefaya gedəcəyini açıqlayıb.
O, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə elan edib.
Casinda Ardern bəyan edib ki, 7 fevral tarixi onun Baş nazir postunda sonuncu günü olacaq.
Yeni Zelandiyanın Baş naziri istefasını belə şərh edib:
“Ümid edirdim ki, hökumət başçısı kimi fəaliyyətimi davam etmək üçün özümdə güc tapacağam, amma alınmadı. Mən vəzifəmdən gedirəm. Yüksək imtiyazlı işin həm də böyük məsuliyyəti var”, – deyə Casinda Ardern vurğulayıb.
Mənbə: TASS
www.102info.az