“Avropa İttifaqı Cənubi Qafqazda sülhün, sabitliyin və firavanlığın tərəfdarıdır”.
Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
O bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzüb, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Avropa İttifaqı Cənubi Qafqazda sülhün, sabitliyin və firavanlığın tərəfdarıdır”, – deyə Peter Mixalko paylaşımında qeyd edib.
Today EU Ambassadors laid flowers in the Alley of Martyrs in Baku, mourning the victims of the Black January tragedy. Deepest condolences to the families and loved ones of the victims of those tragic events. The EU stands for a peaceful, stable and prosperous South Caucasus. pic.twitter.com/NfujmQXxpC
— Peter Michalko (@MichalkoPeter) January 19, 2023
www.102info.az