ABŞ məhkəməsi Trampdan 1 milyon dollar təzminat aldı: “Bu iş açılmamalı idi”

Dünya

Florida məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Tramp və onun vəkilindən keçmiş dövlət katibi Hillari Klintona qarşı qaldırdıqları iddia üzrə 1 milyon dollara yaxın təzminat alıb.

Bu barədə Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin elektron məlumat bazasında yerləşdirilmiş qərarda bildirilib. “Bu iş açılmamalı idi. İttihamların uğursuzluqla nəticələnəcəyi başından bəlli idi”, – deyə hakim Donald Middlbruks qeyd edib.

Keçmiş prezident və vəkili Alina Xabba Klintonu, həmçinin digər 30 nəfər təqsirləndirilən şəxsi 2016-cı il prezidentlik kampaniyası zamanı Trampı ləkələməyə çalışmaqda ittiham ediblər.

Onlar bunun üçün 70 milyon dollar məbləğində təzminat tələb ediblər. Təqsirləndirilən şəxslər ötən ilin noyabrında məhkəməyə cavab ərizəsi göndəriblər. Onlar eks-prezidentin iddialarını əsassız adlandırıb, Trampın özündən və vəkilindən 1 milyon dollardan artıq pul alınmasını tələb ediblər.

Beləliklə, məhkəmə Klinton və digər müttəhimlərin vəsatətini təmin edib, Tramp və Xabbanı 937,9 min dollar məbləğində cərimələyib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir