Mirzoyan: “İrəvan Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin görüşü ideyasını nəzərdən keçirir”

Dünya

Rəsmi İrəvan hazırda Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin iştirakı ilə görüş keçirmək ideyasını nəzərdən keçirir.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə mediasına müsahbəsində bəyan edib.

“Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tbilisi platformasını ikitərəfli Ermənistan-Azərbaycan görüşləri baxımından deyil, regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirlərinin Azərbaycan Prezidenti ilə görüşü gündəmdədir”, – deyə Mirzoyan bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir