Yaponiya avtomatlarında balina əti satılır

Dünya

Yaponiyanın balina ovu şirkəti ticarəti stimullaşdırmaq üçün balina ətini avtomatlarda satmağa başlayıb.

Tokioda yerləşən “Kyodo Senpaku” firması paytaxtda və başqa yerlərdə balina dərisi, dondurulmuş balina əti və konservləşdirilmiş bişmiş balina əti satan dörd avtomat quraşdırıb.

Şirkət gələn aya qədər 1000-3000 yen (təxminən 13-39 AZN) arasında dəyişən məhsullar satan daha üç avtomat quraşdırmağı planlaşdırır.

Ət yaxşı satılarsa, şirkət 5 il ərzində 100-ə qədər avtomat açmağı planlaşdırır.

Ekoloqlar bu addımı qınayıblar.

Mənbə: Independent

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir