Azərbaycan Tennis Federasiyası rusiyalı idmançının təxribatına münasibət bildirib

Dünya

Azərbaycan Tennis Federasiyası (ATF) Karen Xaçanovun “Avstraliya Açıq” turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına məktub göndərib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, ATF yarışda xoşagəlməz hadisənin baş verdiyini bildirib.

Federasiya yanvarın 20-də erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanovun mənfur hərəkət etdiyini diqqətə çatdırıb:

“Xaçanov ABŞ-dən olan rəqibi Frensis Tiafunu məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə “Artsakh stay strong”, yəni “Artsax, möhkəm ol” sözlərini qeyd edib. Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alsa da, Xaçanov bundan öz məkrli planını həyata keçirmək üçün istifadə edib”.

ATF beynəlxalq federasiyaya ünvanlanmış məktubda Azərbaycana qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunduğunu vurğulayıb:

“Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb edilib. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir