Rusiya təyyarəsində növbəti dəfə bomba həyəcanı

Dünya

Rusiyanın Perm şəhərindən Hindistanın Qoa ştatına uçan “Azur Air” sərnişin təyyarəsi Özbəkistana yönləndirilib. Təyyarədə bomba olduğu barədə informasiya daxil olub.

Bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyindən məlumat verilib.

“AZV2463 reysi Özbəkistana yönləndirilib”, – deyə nazirliyin rəsmisi bildirib.

Qeyd edilib ki, təyyarənin göyərtəsində təxminən 240 nəfər var.

Eyni zamanda “Ani” agentliyi Hindistan hava limanındakı mənbələrə istinadən bildirib ki, təyyarə artıq eniş edib. Onların məlumatına görə, Dabolim hava limanının direktoru təyyarənin göyərtəsinə bomba qoyulması barədə elektron məktub alıb və bundan sonra təyyarənin istiqaməti dəyişdirilib.

Xatırladaq ki, bu, son bir ayda ikinci belə hadisədir. Yanvarın 9-da Moskva-Qoa marşrutu ilə uçan “Azur Air”ə məxsus Rusiya sərnişin təyyarəsi də göyərtəsindəki bomba xəbərinə görə təcili olaraq Hindistanın Qucarat əyalətinə eniş etmişdi. Təyyarədə bomba tapılmamışdı.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir