Güney Azərbaycanda zəlzələdən dağılan bölgələrə dövlət yardım etmir – VİDEO

Dünya

Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinin əhalisi çarəsiz vəziyyətdədir, onlara yardım göstərilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, sərt qış günləri və qazsızlıqdan əziyyət çəkən əhalinin vəziyyəti təbii fəlakətlə daha da pisləşib. Amma səlahiyyətli orqanlardan onlara yardım əli uzadan yoxdur.

Sakinlərin sözlərinə görə onların telefon zənglərinə cavab verilmir.

“Hətta bir ədəd çadır da vermirlər”, – deyə zərərçəkənlərdən biri şikayətində bildirib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir