Soçi dağlarında içində insanların olduğu hava şarı ağaca ilişib qaldı

Dünya

Rusiyanın Soçi şəhərində 2000 metr yüksəklikdəki dağda hava şarı ağaca ilişib qalıb.

Bu barədə fövqəladə hallar xidməti məlumat verib.

Hadisə Soçinin Lazarevski rayonunun Soloxaul kəndində baş verib. Hava şarının içində üç böyük və üç uşağın olduğu qeyd edilir.

Hazırda xilasedicilər insanların xilas olunması üçün tədbirlər görürlər.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: İzvestiya

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir