İsveçin baş naziri Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını “hörmətsizlik” adlandırıb

Dünya

Şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması müsəlmanlara qarşı hörmətsizlikdir.

Bu fikri bazar günü İsveçin baş naziri Ulf Kristersson “Twitter” səhifəsində bildirib.

“Söz azadlığı demokratiyanın əsas hissəsidir. Amma qanuni olan bəzən yersiz olur. Bir çoxları üçün müqəddəs kitabların yandırılması dərin hörmətsizlikdir. Bu gün Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara təəssüf hislərimi bildirmək istəyirəm”, – baş nazir yazıb.

Qeyd edək ki, yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi önündə sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan növbəti mitinq keçirib. Paludan çıxışında NATO, Türkiyə və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edərək, Məhəmməd peyğəmbərin karikaturasını da nümayiş etdirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir