Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
Bu barədə Aİ Şurasının bazar ertəsi yaydığı bəyanatda deyilir.
“Aİ Şurası (xarici işlər nazirləri səviyyəsində) bu gün Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılması barədə razılığa gəlib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında etimadın artırılmasına töhfə vermək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün şəraitin yaradılmasıdır”, – deyə qeyd edilir.
Mənbə: TASS
www.102info.az