Aİ İstanbulda Ukrayna ilə bağlı forum keçirəcək

Dünya

Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bazar ertəsi təşkilatın fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı “böyük forum” keçirmək planlarını açıqlayıb.

Meyer-Landrutun sözlərinə görə, bu tədbirə “Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi planlaşdırılır”.

Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib.

Meyer-Landrutun qeyd etdiyi kimi, belə bir forumun keçirilməsi Aİ üçün “eyni zamanda Ukraynaya dəstəyini bəyan etmək üçün bir fürsətdir”.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir