Berlin hava limanı fəaliyyətini dayandıracaq

Dünya

“Verdi” həmkarlar ittifaqı yanvarın 25-də Berlin-Brandenburq hava limanında bir günlük tətil keçirmək niyyətində olduğunu açıqlayıb.

Bununla bağlı təxminən 35 min sərnişinin uçması nəzərdə tutulan bütün sərnişin reysləri ləğv ediləcək.

Məlumata görə, həmkarlar ittifaqı 6 min işçinin mənafeyi naminə əmək haqlarının artırılmasını tələb etmək və əmək müqavilələrinin müddətini 12 ay müəyyən etmək niyyətindədir. Bildirilir ki, hakimiyyətlə danışıqlar nəticəsiz qalıb.

Qeyd olunur ki, tətil barədə hava limanının bütün tərəfdaşları məlumatlandırılıb.

Mənbə: inosmi.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir