Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyada Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi şəhərlərə zərbələr vurulacağını bildirib.
“Rəsmi olaraq təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək”, – deyə Podolyak bildirib.
“Niyə, kim tərəfindən və hansı səbəbdən – bunu müzakirə edə bilmərik, bizdə ictimai məlumat çatışmazlığı var”, – deyən Podolyak Ukraynanın Rusiyaya zərbə vurmadığını qeyd edib.
Müşavir bununla belə, Rusiyanın daxili bazarında müharibənin qızışmasının qaçılmaz olacağını vurğulayıb.
“Moskva, Sankt-Peterburq, Yekaterinburq kimi ərköyün, tənbəl, başqa reallıqda yaşadığını düşünən şəhərlər zərbələrə məruz qalacaq”, – deyə o əlavə edib.
Podolyak bu eskalasiyanın artıq Rusiya Federasiyasının daxili problemi olduğu ilə sözlərini yekunlaşdırıb.
Mənbə: Focus.ua
www.102info.az