Yaponiyada yağan güclü qar səbəbindən azı 397 daxili reys təxirə salınıb.
Bunu Yaponiyanın ən böyük aviaşirkətləri “Japan Airlines” və “All Nippon Airways”, eləcə də bir neçə aşağıbüdcəli aviaşirkətlərin məlumatları sübut edir.
Bundan əvvəl 235 reysin ləğvi barədə məlumat yayılmışdı. JR dəmir yolu şirkəti Honsyu adasının şimalında və şimal-şərqində müəyyən hissələrdə yüksək sürətli ekspress qatarlarının hərəkətini günün sonuna qədər dayandırıb. Bir sıra digər xətlərdə qatarlar gecikmələr və uzadılmış fasilələrlə davam edir.
Yaponiya yollarında çətin vəziyyət yaranıb. Ölkə daxilində 10-dan çox magistral yol bir sıra hissələrdə maşınların hərəkətinə bağlanıb. Osaka və Kyoto kimi böyük şəhərlərin ətrafındakı tıxaclar on kilometrlərlə uzanıb.
Hava proqnozlarına görə, Yaponiyanın şimal və şimal-şərq bölgələrində gün ərzində 60-80 sm-ə qədər qar yağacaq. Bundan əlavə, havanın temperaturu 10 ildə bir dəfədən çox olmayan rekord həddə düşəcək. Şaxtaların xarakterik olmadığı Tokioda gecələr hava mənfi 3 – mənfi 4 dərəcəyə qədər soyuyub.
Mənbə: TASS
www.102info.az