Ukrayna ordusu Soledardan çıxıb

Dünya

Ukrayna hərbçiləri Donetsk vilayətindəki Soledar qəsəbəsindən geri çəkiliblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.

“Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qoşunları Soledardan geri çəkilərək əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləniblər. Soledarın müdafiəçiləri düşmənin 3-5 dəfə üstünlüyünə baxmayaraq, öz mövqelərində əsl şücaət göstəriblər. Onlar düşmənə şəxsi heyətdə böyük itkilər veriblər, bu da iki çeçen müharibəsində təcavüzkarın itkiləri ilə müqayisə edilə bilər”, – deyə Çerevatı vurğulayıb.

Mənbə: Zn.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir