Nigeriyada bomba partlayışı nəticəsində azı 27 maldar həyatını itirib. Bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, daha bir neçə nəfər yaralanıb.
Qeyd edək ki, Nigeriyada fermerlər və maldarlar arasında torpaq və su ehtiyatları üstündə tez-tez mübahisələr olur. Bu mübahisələr bəzən zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.
Mənbə: TASS
www.102info.az