Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandası açıqlandı

Dünya

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.

Bu barədə qurumun rəsmi saytında paylaşım edilib.

Rəmzi komanda 20 yaşadək oyunçulardan təşkil olunub və onların il ərzindəki çıxışları əsas götürülüb.

Komandaya Qevin Bazunu (İrlandiya), Antonio Silva (Portuqaliya), Yosko Qvardiol (Xorvatiya), Nuno Mendeş (Portuqaliya), Qavi (İspaniya), Pedri (İspaniya), Djud Bellinqem (İngiltərə), Eduardo Kamavinqa (Fransa), Camal Musiala (Almaniya), Kərim Adeyemi (Almaniya), Ansu Fati (İspaniya) daxil edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir