1976-cı ildə ebola virusunu kəşf edən professor Jean-Jacques Muyembe Tamfum insanları daha təhlükəli vəziyyətə hazır olmağa çağırıb.
ria24.az xəbər verir ki, Afrikada ortaya çıxan yeni patogenləri araşdıran professor insanlığın Afrikanın tropik yağış meşələrindən çıxan bilinməyən bir sıra yeni və potensial ölümcül virusla qarşı-qarşıya olduğunu açıqlayıb.
“CNN International”a danışan həkim koronavirusdan daha zərərli viruslarla üzləşə biləcəyimizi vurğulayıb.