Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə 28 yaşlı Vaan Kostanyan xarici işlər nazirinin müavini təyin edilib.
Sənəd hökumətin saytında dərc olunub.
Kostanyan bu vəzifəyə təyin olunana qədər xarici işlər naziri Ararat Mirzoyanın müşaviri olub, demək olar ki, bütün xarici səfərlərdə onu müşayiət edib.
“Məxməri inqilab”dan sonra Kostanyan yeni baş nazir müavini Tiqran Avinyanın ofisinin rəhbəri olub. Daha sonra o, hakim “Vətəndaş sazişi” partiyasının mətbuat katibi, sonra spiker Ararat Mirzoyanın köməkçisi işləyib. 2021-ci ilin avqustunda sonuncu Xarici İşlər Naziri təyin edildikdən sonra onunla birlikdə bu quruma keçib və nazirin müşaviri olub.
Mənbə: Sputnik Armenia
www.102info.az