İsrail Aİ-ni İranın simasında zülmət qüvvələr ilə mübarizəyə çağırdı

Dünya

Avropa Birliyi ölkələri və İsrail İranın simasında zülmət qüvvələrinə qarşı birgə mübarizə aparmalıdır.

Bu çağırışı İsrail prezidenti İzxaq Hersoq Brüsseldə Avropa Parlamentinin üzvləri qarşısında çıxışı zamanı edib.

“Bu, hamımız üçün sınaq vaxtıdır. Əgər ədalətin səsinin susdurula bilməyəcəyinə inanırıqsa, fərqli, daha humanist bir insanlığa inanırıqsa, bizi məhv etməklə hədələyən zülmət və nifrət qüvvələrinə qarşı qətiyyətli və birləşmiş bir icma olaraq birlikdə çalışmalıyıq”, – siyasətçi bəyan edib.

Dövlət başçısı Tehranı şər qüvvəsi adlandırıb, çünki İran nəinki açıq şəkildə İsraili tamamilə məhv etməyə çağırır, həm də “azadlıq, insan və vətəndaş hüquqları tələb edən öz vətəndaşlarını öldürür”.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir