“Traktor” klubu Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı paylaşım edib.
Təbriz təmsilçisinin paylaşımında terror aktı qınanılıb:
“Qardaş acısını qardaş çəkər. Tehrandakı Azərbaycan səfirliyinə olan hücumu qınayırıq. Terrora son!”
Qeyd edək ki, bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Qardaş acısın sadəcə qardaş çəkər.
Tehran’da Azərbaycan səfirliyinə olan teror saldırısını şiddət ilə məhküm edirik.
Terora Son— TRACTOR FC (@TractorOfficial) January 27, 2023
www.102info.az