İran Prezidenti Azərbaycan səfirliyində törədilən terroru qınadı, xüsusi göstəriş verdi

Dünya

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verib.

Bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb:

“Qardaş və qonşu ölkə Azərbaycanın səfirliyinə qarşı həyata keçirilən hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu kədərli xəbəri alandan dərhal sonra bu işin hərtərəfli araşdırılmasına dair xüsusi göstəriş verib”.

Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.

Mənbə: Isna.ir

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir