Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım şuranın üzvü Həsən Həsənova zəng edərək 27 yanvarda Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktını qınayıb.
Binəli Yıldırım başsağlığı diləklərini çatdırıb, terror hadisəsini pisləyib və Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.
B.Yıldırım eyni zamanda, “Twitter” hesabında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.
#Azerbaycan’ın Tahran Büyükelçiliğine yapılan saldırıyı kınıyorum.
Saldırıda şehit olan kardeşimize Allah’tan rahmet, #CanAzerbaycan’a başsağlığı ve yaralılara acil şifalar diliyorum. 🇹🇷🇦🇿
— Binali Yıldırım (@BY) January 27, 2023
www.102info.az