KİV: İranda hərbi zavoda hücumda ABŞ və “digər ölkə” iştirak edib – İDDİA

Dünya

ABŞ Hərbi Hava Qüvvələri və “digər ölkə” İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki hərbi zavoduna pilotsuz təyyarələrin köməyi ilə hücum edib.

Bu barədə bazar günü “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi ballistik raketlərin olduğu anbar olub.

“Əl Hadath” telekanalının qeyd etdiyi kimi, İsrailin bu əməliyyatla heç bir əlaqəsi yoxdur. İddiaya görə, sursat anbarına hücum ABŞ-ın balistik silahların istehsalı və ixracı üçün zavodların tikintisinə qarşı çıxmağa hazır olduğunu “İran və Rusiyaya nümayiş etdirmək” məqsədi daşıyır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir