Amerika F-35 qırıcılarının alıcıları Vaşinqtondan icazə almadan onlardan təkbaşına istifadə edə bilməzlər.
Bunu Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraktar bildirib.
“F-35-ləri alan ölkələrə və onların üzləşdiyi problemlərə baxın. Onlar ABŞ-nin icazəsi olmadan təyyarələrdən təkbaşına istifadə edə bilməyəcəklərini deyirlər. Yüksək texnologiyalar qandallarla müşayiət olunur”, – deyə o, bəyan edib.
Bayraktarın fikrincə, ölkənin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür.
O vurğulayıb ki, kənardan əldə edilən ən qabaqcıl həll belə, ölkə daxilində yaradılan ən sadə texnologiyadan qat-qat pisdir.
Mənbə: TGRT
www.102info.az