Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
İlkin məlumata görə, hadisə dünən olub. “N” saylı hərbi hissənin qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində güllə yarası alıb. Hərbçinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.
www.102info.az