Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə M.Çavuşoğlu Ankarada J.Klavinyo ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Görüşdə həmçinin Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan, Ankara və İrəvan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı. Cənubi Qafqazın sabitliyi və son proseslər barədə danışdıq”, – deyə Çavuşoğlu bildirib.
O, həmçinin regional məsələləri də müzakirə etdiklərini əlavə edib.
“Ukraynada davam edən müharibəni, İsveç və Finlandiyanın NATO-ya müraciət prosesini qiymətləndirdik”, – deyə nazir qeyd edib.
www.102info.az