Pakistanda məsciddə partlayış: Azı 17 ölü, 100-ə yaxın yaralı – FOTO/VİDEO

Dünya

Pakistanın Pişəvər şəhərində məsciddə baş vermiş partlayış nəticəsində azı 90 nəfər yaralanıb, 17 nəfər isə həlak olub.

Partlayışı kamikadze terroristin törətdiyi güman olunur.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hücumçu məsciddə namaz zamanı ön sırada olub və daha sonra bombanı işə salıb.

Hazırda yaralılar xəstəxanaya yerləşdirilir, xəsarət alanlardan 13-nün vəziyyəti ağırdır.

Terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir