“Neftçi”dən FIFA-ya şikayət etmiş futbolçu yeni klubundan da göndərilib

Dünya

“Neftçi”nin sabiq futbolçusu Harramiz Soares Portuqaliya təmsilçisi “Farense”dən göndərilib.

“Report”un məlumatına görə, 33 yaşlı hücumçunun sözləşməsi ləğv edilib.

“Ağ-qaralar”ın digər keçmiş oyunçusu Denilson Pereyra isə klubunu dəyişib. 28 yaşlı forvard Portuqaliyanın əsas liqasında çıxış edən “Famalikan”a keçib. Braziliyalı oyunçu son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Hatta” komandasının şərəfini qoruyub.

Qeyd edək ki, Denilson Pereyra 2016-cı ildə, Harramiz Soares isə 2021/2022 mövsümündə “Neftçi”nin formasını geyiniblər. Soares paytaxt təmsilçisindən ayrılandan sonra klubdan FIFA-ya şikayət etsə də, müsbət cavab ala bilməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir