ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Washington Post”un məşhur amerikalı jurnalisti Bob Vudvordu məhkəməyə verib.
Tramp onun razılığı olmadan öz müsahibələrinin səsyazmalarının olduğu audiokitabı dərc etdiyinə görə jurnalistə qəzəblənib.
İddia ərizəsində bildirilib ki, Tramp yalnız gələcəkdə çap olunacaq kitab üçün məlumat verdiyi barədə Vudvorda dəfələrlə xəbərdarlıq edib. Siyasətçi qeyd edib ki, jurnalist səs yazılarını ondan xəbərsiz yayıb ki, bu da müəllif hüquqlarının pozulması deməkdir.
Eks-prezident həmçinin audiokitabın satışından heç bir qonorar almadığını deyib və buna görə də maddi itkilərlə üzləşdiyini iddia edib. Tramp təzminat olaraq 50 milyon dollar tələb edib.
İddia ərizəsi ABŞ-nin Florida ştatının Pensakole bölgə məhkəməsinə təqdim edilib.
Mənbə: “Politico”
www.102info.az