Fevralın 2-də Mərakeşdə start götürəcək Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında iştirak edəcək kişi boksçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyadan Oxu.Az-a verilən məlumata görə, fevralın 10-dək davam edəcək yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 10 idmançı qüvvəsini sınayacaq.
Mütəxəssislər Qızıl kəmər seriyasında Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.
Turnirdə Azərbaycanı Rövşən Qədirov hakim kimi təmsil edəcək.
Bu gün səfərə yollanan komanda fevralın 12-də Vətənə qayıdacaq.
Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Turnirin püşkü fevralın 1-də atılacaq.
www.102info.az