A22 Avropa Super Liqasının təşkilatçıları İspaniya məhkəməsində FIFA və UEFA-ya qalib gəliblər.
Təşkilatçı klubların apellyasiya şikayəti təmin olunub.
Qərara əsasən, Avropa və ali futbol qurumu layihəni həyata keçirmək istəyən təşkilatçılara qarşı hər hansı sanksiya tətbiq edə bilməz.
Qeyd edilib ki, turnir layihəsi yeni futbol liqasının yaradılması üçün nəzərdə tutulub və bu liqa klublar üçün maliyyə baxımından daha çox faydalıdır.
Həmçinin, məhkəmə yalnız elit komandalardan ibarət başqa liqa yaratmaq istəyən klublara hüquq verib.
Qeyd edək ki, “Barselona”, “Real Madrid” və “Yuventus”un təsis etdiyi Super Liqada İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Atletiko”, İtaliyanın “Milan” və “İnter” komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.
🚨 Exclusive: A22, promoters of the European Super League, have won their appeal in a Madrid court meaning Super League clubs can’t be punished by UEFA or FIFA. This was granted after ESL formed in April 2021, then overturned. Another appeal was made and has gone in A22’s favour.
— Ben Jacobs (@JacobsBen) January 31, 2023
Sportstiger.com
www.102info.az