Amerikalıların yarıdan çoxu ABŞ-nin keçmiş prezidenti Donald Tramp və hazırkı Amerika lideri Co Baydenin qarşıdan gələn prezident seçkisində iştirakına qarşı çıxıb.
Bunu “NBC News”un sorğusunun nəticələri sübut edir.
Sorğuda 1000 yetkin amerikalı iştirak edib. Tədqiqat nəticəsində məlum olub ki, seçicilərin 52 faizi Trampın yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindən narahatdır, daha 14 faizi isə bununla bağlı “bir qədər şübhə” duyduğunu bildirib.
Həmçinin sorğu göstərib ki, respondentlərin 48 faizi Baydenin prezident seçilə biləcəyindən narahatdır, 19 faizi isə bundan əmin olmadığını qeyd edib. Eyni zamanda, rəyi soruşulanların 34 faizi Baydenin prezidentlik mübarizəsinə həvəslə yanaşacağını bildirib, Trampla bağlı isə bu göstərici 32 faiz təşkil edib.
Mənbə: Lenta.ru
www.102info.az