ABŞ-də 2023-cü ilin ilk ayında 1 500-dən çox insan güllələnib.
Bu barədə ölkənin Silah Zorakılığı Arxivinin statistikasından məlum olub.
Qeyd olunur ki, ilin əvvəlindən ABŞ-də 51 kütləvi güllələnmə hadisəsi baş verib.
Yanvarın 31-i səhərə olan məlumata görə, odlu silahdan istifadə nəticəsində 3 587 nəfər ölüb. Bunlardan 1 541 hadisə qəsdən adamöldürmə və ya özünümüdafiə məqsədilə silahdan istifadə, digər 2 046 ölüm hadisəsi isə intihar kimi təsnif edilib.
Analitiklərin məlumatına görə, bu ilin yanvarında 500-ə yaxın məktəbli güllələnib. 22 uşaq və 124 yeniyetmə odlu silahla öldürülüb, 44 uşaq və 295 nəfər yaralanıb.
Mənbə: The Gainesville Sun
www.102info.az